Bağdadda İraqa dair beynəlxalq konfransa hazırlıqlar gedir

İraqın baş naziri Nuri əl-Məliki Bağdadda şənbə günü beynəlxalq konfransın keçirilməsini İraqda vəziyyətin yaxşılaşdığına işarə etdiyini deyib. Bağdadda müxbirlərlə danışan Nuri əl-Məlikinin sözlərinə görə, görüş onu göstərir ki, İraqda siyasi proses güclü və sabitdir. Bağdad konfransında İraqın qonşuları və BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü Amerika Birləşmiş Ştatları, Fransa, Britaniya, Rusiya və Çin iştirak edəcək.
Bu arada, Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələri koalisiya qüvvələrinin ölkə ərazisində keçirilən reydlər zamanı bir terrorçunu qətlə yetirdiyini, 16 nəfəri həsb etdiyini bildirib. Hərbi qüvvələr saxlanılanlar arasında əl-Qaidə ilə əlaqəsi olan “qəssab” ləqəbilə tanınan terrorçunun olduğunu bildirib. Hərbi qüvvələrin yazılı bəyanatda deyilir ki, o, insanların oğurlanması, başlarının kəsilməsi, Ramadi və Mosul ərazilərində intihar əməliyyatlarına görə məsuliyyət daşıyır. Karmah şəhərində əməliyyat zamanı əl-Qaidə üçün kuryer xidmətləri göstərən şübhəlilərin saxlandığı xəbər verilir. Hərbi qüvvələrin daha bir bəyanatında Bağdadın beynəlxalq hava limanı yaxınlığında çərşənbə günü keçirilmiş əməliyyatda 12 yaraqlının öldürüldüyü bildirilir.