Həmas partiyasının siyasi rəsmiləri tərəfindən Fələstinin yeni birlik hökumətinin üzvlərinin namizədlikləri irəli sürülüb. Həmas 12 kabinet üzvünün 7-nin İordan çayının qərb sahili, 5-nin isə Qəzzadan olduğunu bildirir. Namizədlərin adları ictimaiyyətə açılanmır. Hakimiyyət bölüşdürülməsi haqda razılığa əsasən Fələstin prezidenti Mahmud Abbasın başçılıq etdiyi Fətah partiyası 8 nazir vəzifəsinə namizədlər irəli sürməlidir. Fətah tərəfindən nominasiyalar hələ edilməyib.