Şahzadə Diananın ölümü ilə bağlı dinləmələr keçiriləcək

Böyük Britaniyanın Ali məhkəməsi 1997-ci ildə şahzadə Diana və Dodi Əl-Fayedin qətli ilə bağlı dinləmələr keçirilməsi barədə hökm çıxarıb. Bu gün çıxarılan hökm əvvəlki qərrarı ləğv etmiş olur. 3 hakimin hökmü Dodinin atası Məhəmməd Əl-Fayedin qələbəsi kimi qiymətləndirilir. Əl- Fayed Diananın sabiq həyat yoldaşı şahzadə Çarlz və onun atası şahzadə Filipin ifadə verəcəklərinə ümid bəslədiyini deyib. O, kral ailəsi və Britaniyanın təhlükəsizlik xidmətini şahzadə Diana və öz oğlunun qətlinə dair planlar qurmaqda ittiham edir.