ABŞ İranla bağlı razılığı alqışlayıb

ABŞ dünyanın 6 qüdrətli ölkəsinin İranın nüvə proqramının dayandırılması üçün BMT-nin yeni sanksiya qətnaməsinın əldə edilməsində nailiyyətli olduqlarını bildirir. Qeyd edək ki, Almaniya və BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü-Amerika, Britaniya, Fransa, Rusiya və Çin qətnaməni dünən müzakirə etmişdilər. ABŞ-ın Dövlət Departamentinin sözçüsü Coann Mur bildirib ki, nümayəndələr şənbə günü tele-konfrans keçirmək barədə razılıq əldə ediblər.