Hərbi reydlər Əl Qaidənin obyektlərini hədəf alıb

ABŞ hərbi qüvvələri bu gün İraqda keçirilən əməliyyatlar nəticəsində terrorçuluqta şübhələnilən 3 nəfəri öldürmüş, 16 nəfəri isə həbs etmişlər. Hərbi reydlər Əl Qaidanın Ramadi və cənubi Bağdaddakı obyektlərini hədəfə alıb.

Başqa xəbərdə isə bildirilir ki, Fallucada maşına qoyulmuş bomba partlayışı nəticəsində toy məclsində iştirak edən 5 adam həyatını itirib. İraq paytaxtında da bomba partlayışı bir adamın ölümü ilə nəticələnib. ABŞ hərbiçilərinin verdiyi məlumata görə, bazar ertəsi Diyala vilayətində Amerika və İraq əsgərləri 10 qiyamçını öldürmüş, 5-ni isə yaxalamışlar.