Suriya və İran İraqda təhlükəszliyin təminat altına alınması məqsədi ilə qonşu ölkələrlə təşkil ediləcək yığıncaqda iştirak etməyə razılıq verib. Görüş qərb və regional qüdrətlər, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvünü bir araya gətirəcək.
ABŞ dövlət katibi Kondoliza Raysın Amerikanın görüşdə iştirak edəcəyini təsdiq etməsi bir çoxları üçün təəcüblü olmuşdur. Bu, Buş administarsiyasının regondakı siyasətində dəyişiklik kimi qiymətləndirilir. Administrasiya Konqres üzvləri, habelə İraq Araşdırma Qrupunun İraq və Suriyanın bu kimi danışıqlara cəlb edilməsi çağırışlarını indiyədək rədd edirdi. Aradiqma Qrupunun həm-sədri Li Hamilton Buş administarsiyanın bu addımını alqışlayaraq, bunun irəliyə doğru atılan müsbət addım oldğunu deyib.