ABŞ dövlət katibi Kondoliza Rays Amerikanın İraqda zorakılqıların qarşısının alınması məqsədi ilə qonşu ölkələrlə təşkil ediləcək yığıncağın iştirakçısı olacağını təsdiq edib. Görüş Suriya və İran da daxil edilməklə, qərb və regional qüdrətlər, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvünü bir araya gətirəcək. Bu addım Buş administarsiyasının regiondakı siyasətində dəyişiklik deməkdir.
Uzun zamandır ki, administasiya Konqres üzvlərinin İraq və Suriyanın bu kimi danışıqlara cəlb edilməsi çağırışları altındadır. ABŞ dövlət katibi Kondoliza Rays deyib ki, diplomatik təşəbbüslər Yaxın Şərq və İraqda sülh və əmin-amanlığın bərqərar edilməsində əsas şətrlərdəndir.