İranın xarici işlər naziri  beynəlxalq tələblərin qəbul edilmədiyini bildirir

İranın xarici işlər naziri Mənuçehr Mottaki BMT-nin Təhlükəsizlik Şurasının tələbi ilə İranğn uranın zənginləşdirilməsi proqramını dayandırmayacağını bildirib. Bu gün Tehranda çıxış edən nazir bidlirib ki, uranın zənginləşdirilməsi proqramının dayandırılması tələbi qanunsuzdur. Lakin o, eyni zamanda İranın nüvə silahları ilə bağlı şərtsiz danışıqlara hazır olduğunu deyib. Londonda isə Böyük Britaniyanın baş naziri Toni Bleyr İranın nüvə fəaliyyətlərini dayandırmaqdan imtina etməsinin səhv oldğunu bildirib. Toni Bleyr deyib ki, İranın bəyanatları narahtedicidir, belə ki, İran beynəlxlaq ictimaiyyətin tələblərinə məhəl qoymaq istəmir.