Holivudda Oskar mükafatlarının təqdimatı mərasimi oldu

Rejissor Martin Skorsezi və onun “Departed”, “Tərkidünyalar” filmi Hollivudda keçirilən 79-cu Akademiya Mükafatları mərasiminin ən bqyük qalibləri olublar. Əvvəllər Oskar mükafatına 5 dəfə nominasiya edilmiş, lakin bu mükafatı indiyədək almamış Skorsezi bu dəfə Bostonda cinayət trilleri janrında çəkilmiş filminə görə ən yaxşı rejissor kateqoriyasında mükafata layiq görüldü. “Departed” həm də ən yaxşı film kateqoriyasında Oskar aldı. Holivudun gecələr gecəsində ən yaxşı aktyor kateqoriyasında Oskar Şotlandiyanın Sonuncu kralı filmində uqanda diktatoru İdi Amini oynayan Forest Vittakerə nəsib oldu. Aktrisa Hellen Mirren isə “Queen”, “Kraliça” filmində İngiltərə kraliçası İkinci Yelizaveta rolunu ifa etdiyinə görə ən yaxşı aktrisa kimi tanındı. Oskra gecəsinin daha bir maraqlı hadidəsi ABŞ-ın sabiq vitse-prezidenti Qorun çəkdiyi filmin mükfata layiq görülməsi oldu. Ən yaxşı sənədli film kateqoriyasında Oskara layiq görülmüş “Narahatedici Həqiqət” filmi ətraf mühitin qorunması kimi qlobal problemə həsr edilib. Qor toplaşanlara deyib ki, iqlim böhranı kimi məsələ siyasi deyil, əxlaqi bir məsələdir və bütün dünyadakı insanlar problemin həllində iştirak etməlidir.