Dik Çeyni Asiyada təhlükəsizlik və terrorala mübarizə ətrafında danışıqlar məqsədi ilə Yaponiyadadır

Rəsmi səfərlə Yaponiyada olan Dik Çeyninin cabah baş nazir Şinzo Abe və Yaponiyanın digər rəsmi şəxsləri ilə görüşəcəyi gözlənilir. Bu gün Yaponiyaya yetişən vitse prezident Birləşmiş Ştatların Yaponiyadakı səfiri Tomas Şifferlə görüşmüşdür. Lakin Dik Çeyni bu yaxınlarda rəsmi Vaşinqtonu İraqa müdaxilə etmək qərarına görə tənqid etmiş Yaponiyanın müdafiə naziri Fumio Kyuma ilə görüşməyəcək.

Birləşmiş Ştatlar administrasiyasının yüksək səviyyəli rəsmisi bildirib ki, tərəflər danışıqlar zamanı Şimali Koreyanın bu yaxınlarda nüvə obyektlərini bağlamaq qərarını da müzakirə edəcəklər.

Keçən həftə ABŞ, Yaponiya, Cənubi Koreya, Çin və Rusiya Şimali Koreya ilə çox mühüm razlığın əldə olunmasına nail olmuşlar. Lakin rəsmi Tokio bildirir ki, Pxenyanla Yaponiya vətəndaşlarının oğurlanması məsələsi həll olmayana qədər yardım etməyəcək. Yaponiyanın baş naziri cənab Abe öz mövqeyini bu gün bir daha bəyan edərək əlavə edib ki, Yaponiya məsələ həll olmayana qədər Şimali Koreya ilə münasibətləri normallaşdırmayacaq.