Türkiyə məhkəməsi terror aktında iştirak edənlərə hökmlər oxuyub

Türkiyə məhkəməsi əsasən türklərdən ibarət 48 nəfərə 2003-cü ilin noyabrında İstanbulda 63 nəfərin ölümünə, 600 nəfərin yaralanmasına səbəb olan terror aktında iştiraka görə hökmlər oxuyub. Cümə günü keçirilən məhkəmədə 7 müttəhimə ömürlük həbs cəzası verilib. Onların arasında suriyalı Əl Qaidə üzvü Luya əl Sakka da var. Sakka 2 sinaqoqa, Britaniya konsulluğuna və Britaniya bankına intihar hücumları planlaşdırmaqda və maliyyələşdirməkdə günahlandırılr.

Əməliyyatlara başçılıq edən Harun İlhan da daxil edilməklə, 6 türkə də ömürlük həbs cəzası verilib. Digər 41nəfərə isə 3 ildən 18 ilədək müxtəlif həbs cəzaları kəsilib. Britaniyanın xarici işlər naziri Marqaret Beket hökmləri alqışlayıb.