ABŞ universitetləri xarici tələbələrin Amerika həyatına uyğunlaşmasına necə kömək edir

Amerikanın kollecləri və universitetlərinin beynəlxalq tələbə bölməsi xarici ölkələrdən ABŞ-a təhsil almağa gələn tələbələrə yardım göstərməklə məşğul olur. Xarici ölkə tələbələri Amerikanı məhz buradan öyrənməyə başlayır.
Kolleclər və universitetlər təkcə auditoriya və laboratoriya otaqlardan ibarət deyil. Amerikada bəzi universitetilər təhsil alan tələbələr və professor-müəllim heyətinin sayına görə bir çox şəhərləri ötüb keçir. Kolleclər həm də ümumilikdə cəmiyyətdə olduğu kimi, eyni məsələlələrin həllilə məşğul olmalıdır.
Tələbə kollecin özü deyil, həm də ölkə üçün yeni bir yerdən gəlirsə, bütün məsələlərin necə həll ediləcəyi narahatlıqlar və qayğılarla müşaiyət olunmaya bilməz. Amerika kollecləri və universititetlərinin xarici tələbələrə necə yardım göstərdiyini öyrənmək üçün Bluminqtonda İndiana universitetinə nəzər salaq. Universitetdə təhsil alan 40 min tələbənin on faizi xarici ölkələrdəndir.
İndiana universititetinin beynəlxalq xidmətlər ofisi xarici tələbələr və müəllimlərə kömək edir. Məsələn, hər semestrdən əvvəl xarici tələbələr bir həftə sürən konfransda iştirak edir. Burada universitetdə tədris olunan fənlər, mövcud klublar və səhiyyə xidmətləri haqda informasiya verilir. Yeni tələbələr həm də imtahan verir və ingilis dili testi keçir.
Ofisin bir işi də xarici tələbələrə Amerikada özlərini evdə olduğu kimi hiss etmək üçün kömək məqsədilə xüsusi proqramlar təşkil etməkdən ibarətdir. Tədbirlərdən biri kimi xarici tələbələrlə Bluminqton sakinlərinin görüşünü göstərmək olar. Universitetdə habelə tələbələrə qaydaları izah etmək üçün xüsusi məsləhətçilər var.
Amerikanın bir çox universitet və kollecində buna oxşar ofislər və bölmələr tələbələrə onların məişətinin təşkili və Amerikada dost tapmaq kimi məsələlərdə yardım göstərir.