Prezident Buş Valdas Adamkusla görüşüb

Ağ evdə Litva prezidenti Valdas Adamkusla görüşən prezident Buş ona ölkəsinin İraq və Əfqanıstanda beynəlxalq hərbi qüvvələrin tərkbində iştirakına görə təşəkkürünü bildirib. Prezident Buş Litvanın 50 ilə yaxın Sovet İttifaqı tərkibində olmasınaı nəzərdə tutaraq, Litva tarixində fəlakətli illərin yaşandığını deyib. Cənab Buş Litvanın Əfqanıstan hökumətinə dəstəyini xüsusi vurğulayıb və cənab Adamkusa İraq xalqına dəstəyinə görə təşəkkür edib.

Öz növbəsində Litva prezidenti Valdas Adamkus Birləşmiş Ştatlara göstərdiyi dəsəkdən qürur hissi duyduğunu demiş və dünyada demokratiyanın inkişaf etdirilməsi məsələsində əzmli olduğunu bildirmişdir.