Konqresmen ərəb və fars dilli tərcüməçilərin geri qaytarılmasına çağırıb

Nümayəndələr palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı demokrat konrqesmen Qari Askerman hemoseksuallıq ittihamı ilə hərbi xidmətdən uzaqlaşdırılan ərəb və fars dilli tərcüməçilərin geri qaytarılmasına çağırıb. Nyu-York konqresmeni deyib ki, Amerikanın müdafiə nazirliyi məsələ homoseksullığa gəlincə “nə soruş, nə deyim” siyasətinə əl atır.

Qeyd edək ki, 2005-ci ildə Assoşieyted Press ilk dəfə Klinton administrasiyası dövründə istifadə edilən bu siyasətlə 20 ərəbdilli və 6 farsdilli tərcüməçinin seksual oriyentasiyalarına görə ordudan uzaqlaşdırıldığını xəbər vermişdi.

Konqresmen Askerman ABŞ dövlət katibi Kondolizza Raysa “Dövlət Departamenti də eyni siyasətdən istifadə edirdimi?”- deyə müraciət edib. Kondolizza Raysın "xeyr" cavabı qarşılığında o, Dövlət Departamentinin həmin şəxsləri işə götürüb, terrorizmlə mübarziədə istifadə edə bilərmi sualını verib. Dövlət katibi bildirib ki, Amerika fars, ərəb və çin dilləri üzrə kifayət qədər resursa malik deyil. Konqresmen Askerman məhz bunun Buş administrasiyasının həmin şəxsləri işə götürməsinə yaxşı səbəb olduğunu deyib. Askermanın təxminlərinə görə, 30-a yaxın tərcüməçi işdən kənarlaşdırılıb.