İordaniyanın Kralı Abdulla İsrailin Haaretz qəzetinə verdiyi müsahibədə ölkəsinin dinc məqsədli nüvə enerjisi proqramını həyata keçirmə planını Qərblə müzakirə etdiyini söyləyib.
İranın nüvə proqramı haqqında suala cavab verərkən Kral Abdulla deyib ki, İordaniya əvvəlcə Yaxın Şərqin nüvədən azad region olması ideyasını müdafiyə edirdi ancaq artıq regionda qaydalar dəyişib. O Misir və Körfəz Əməkdaşlıq Şurasının da nüvə proqramı alternativini nəzərdən keçirəcəklərini xatırladıb. İordaniyanın Kralı söyləyib ki, nüvə proqramı olan bütün ölkələr beynəlxalq qaydalara riayət etməlidir.
ABŞ və onun digər qərbli müttəfiqləri İranın nüvə silahı əldə etməyə çalışdığını desələr də Tehran nüvə proqramının məqsədinin elektrik enerjisi əldə etmək olduğunu bildirir və belə iddiaları rədd edir.