Çin peyk əleyhinə silahın sınaqdan keçirilməsi xəbərini təsdiqləyə bilmədi

Çinin xarici işlər nazirliyi ölkəsinin yeni peyk əleyhinə silahı sınaqdan keçirməsi ilə bağlı xəbərləri təsdiqləyə bilmədiyini deyib. Nazirliyin sözçüsü Çinin kosmosda yalnız sülhməramlı fəaliyyətin tərəfdarı olduğunu bildirib. Sözçü Liu Ciançao sınaq barədə heç bir məlumata malik olmadığını deyib.

Sınağın keçirilməsi barədə ekspertlərin verdiyi məlumatlar dünyanın hər yerində narahatlıqla qarşılanıb. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Çinin bu cür silahları inkişaf etdirməsi və sınaqdan keçirməsinin kosmosda əməkdaşlıq ruhu ilə üst-üstə düşmədiyini deyib. Yaponiya və Avstraliya da məsələ ilə bağlı narahatlıqlarını Çin rəhbərliyuinin diqqətinə çatdırıblar.