ABŞ Dövlət katibi Kondoliza Rays İsrail-Fələstin münaqişəsi və İraq müharibəsini müzakirə etmək üçün Almaniyadadır. Xanım Rays Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayrlə İraq planına dəstək qazanmaq məqsədilə Yaxın Şərqə səfərindən sonra görüşüb. Hazırda Avropa İttifaqının prezidentliyi vəzifəsini icra edən Almaniya Birləşmiş Ştatlar, BMT və Rusiya ilə birlikdə Yaxın Şərq sülh prosesi üzrə kvartetin üzvüdür. Kondoliza Rays Yaxın Şərqə səfəri zamanı İsrail, İordan çayının qərb sahili, İordaniya, Misir və Səudiyyə Ərəbistanında olub. Küveytdə xarici işlər naziri Məhəmməd əl-Sabah Kondoliza Raysa deyib ki, Körfəz regionu və İraqda sabitlik əldə olunması naminə ABŞ Suriya və İranla açıq dialoq aparmalıdır. Birləşmiş Ştatlar Suriya və İranı İraqda zorakılıqları qızışdırmaqda ittiham edir.