Dik Çeyninin sabiq yardımçısı məhkəmə qarşısına çıxarılacaq

Vitse-prezident Dik Çeyninin sabiq yardımçısı Levis Libbi Mərkəzi Kəşfiyyat Agentliyinin agentinin adının mətbuata sızması ilə bağlı müstəntiqlərə qeyri-düzgün informasiya vermək ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.

Levis Libbiyə qarşı agent Valeri Pleymin adının mətbuata açıqlanması ilə bağlı ittiham irəli sürülməyib. Vəkillər bildiriblər ki, onlar vitse-prezident və onunla yanaşı, hökumətdə yüksək vəzifələr tutan digər rəsmilərin məhkməyə ifadə verməyə çağırılacağını gözləyirlər. Məhkmənin dörd həftə sürəcəyi gözlənilir.