Human Rights Watch 2006-cı il dünyada insan hüquqlarının vəziyyətinə dair hesabat yayıb

Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, 2005-ci ilin noyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilən onlarla hökumət məmuru, müxalifət siyasətçisi və digər şəxslər məhkəməni gözləyərək ilkin həbsdə saxlanılıblar. Onlardan yalnız bir neçəsi məhkum edilib. Polisdə işgəncə problemləri, siyasi motivlərlə həbslər və həbslərin şərtləri həll edilməmiş qalıb. Jurnalistlərə münasibətdə zorakılıq və həbs halları qeydə alınıb, vəzifəli şəxslərin iddiaları əsasında şərəf və ləyaqətin müdafiəsi haqqında çoxsaylı işlər qaldırılıb. 2005-ci ilin noyabrında keçirilən parlament seçkiləri ərəfəsində dövlət çevrilişinə cəhddə ittiham edilərək onlarla yüksək vəzifəli məmur, sahibkar və müxalifət siyasətçisi həbs edilib. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq onlar ilkin həbsdə saxlanılır. Sentyabrda müxalifətdə olan Demokrat partiyasının sədr müavini Natiq Əfəndiyev dövlət çevrilişinə cəhd ittihamı ləğv edildikdən sonra, qanunsuz olaraq silah saxladığına görə beş il müddətinə azadlıqdan məhrum edilib. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev uzun müddət həbsdə saxlanması və ona qarşı törədilən digər qanunsuzluqlarla əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edib. Həbs edilənlər arasında erməni xüsusi xidmət orqanlarının maddi yardımı ilə dövlət çevrilişinə cəhddə ittiham edilən "Yeni fikir" gənclər təşkilatının üç fəalı-hərəkatın sədri Ruslan Bəşirli və onun müavinləri Ramin Tağıyev və Səid Nuri adları da var. Bəşirli 7 , Tağıyev 4 , Nuri isə səhhətindəki problemlərlə əlaqədar şərti olaraq beş il azadlıqdan məhrum edilib. Sentyabrın 28-də Apellyasiya məhkəməsi Tağıyevin həbs müddətini bir il azaldıb. 2005-ci il dekabrın 20-də narkotiklərlə bağlı işlə Biləsuvar rayon məhkəməsində müxalifət fəalı Qədir Musayev həbs edilib. Noyabrda keçirilən parlament seçkiləri zamanı seçki komissiyasının üzvü olmuş və yekun protokolların saxtalaşdırıldığını bildirərək onları imzalamaqdan imtina edən Musayev 7 il müddətinə azadlıqdan məhrum edilib. 2006-cı ildə ilkin saxlanma zamanı ən azı iki ölüm hadisəsi qeydə alınıb: Namiq Məmmədov və Rasim Əlişovun faktlarıla bağlı hər hansı istintaqa dair məlumat yoxdur. Qeyri hökumət təşkilatları xüsusilə polis təcridxanalarında baş verən işgəncələr haqqında məlumatlar almaqdadır. Azadlıqdan məhrum edilənlər döyülmələr, qidalanmama, tibbi yardım problemləri, informasiya qıtlığı və səmərəli işlə məşğul olmaq şəraitindən məhrum olmalarından şikayət ediblər. Jurnalistlər, xüsusilə də müxalifət nəşrlərilə bağlı olanlar zorakılıq və cinayət təqiblərilə üzləşiblər. Mart ayındada "Azadlıq" qəzetinin müxbiri naməlum şəxslərin hücumuna məruz qalıb, vəhşicəsinə döyülüb və bıçaqlanmışdı. "Bizim yol" qəzetinin baş redaktoru və AXCP-nin sədr müavini Bahəddin Həziyev May ayında naməlum şəxslərin hücumuna məruz qalıb. Ondan hökumətin tənqidinə son qoymağı tələb ediblər. İyulda polisin və vəzifəli şəxslərin təzyiqlərinə "Ayna-Zerkalo" qəzetinin müxbiri İdrak Abbasov məruz qalıb. İyunun 23-də "Azadlıq" qəzetinin satirik yazarı Mirzə Sakit şübhəli narkotik işi üzrə həbs edilib. Ehtimala görə bu onun prezident İlham Əliyev və hökumətdəki korrupsiya haqqınada yazdığı kəskin məqalələrinin qarşısını almaq məqsədilə edilib. Oktyabrda Zahidov üç il azadlıqdan məhrum edilib. 2005-ci ilin avqustunda Avropa Şurasının tövsiyyələri əsasında fəaliyyətə başlayan İctimai televiziya hökumətə meyilli telekanallardan fərqlənmir və hakimiyyəti açıq tənqid etdiyi təqdirdə bağlana bilərdi. İyunda qismən müstəqil olan ANS kanalı bir neçə əməkdaşının həbsi və vergi yoxlamaları ilə üzləşmişdi. Noyabrda məhkəmənin qərarı ilə icarəyə götürülmüş binadakı ofislərindən AXCP və onunla bağlı olan "Azadlıq" və "Bizim yol" qəzetləri, həmçinin Turan informasiya agentliyi köçürdülüblər. Bununla yanaşı, Milli Teleradio Şurası Azərbaycankı sonuncu müstəqil telekanal olan ANS-in lisenziyasını uzatmaqdan imtina edib. Hüquq müdafiəçiləri Rəna və Murad Sadəddinovların Azərbaycandakı insan hüquqlarının problemləri barədə məlumat verdikləri iABŞ səfərlərindən sonra onların hörmətdən salınması kampaniyasına başlanıb.