Bu gün Somalinin cənub bölgəsində Amerika hərbi qüvvələrinin veltolyotları yeni hücumlar həyata keçirlib. Şahidlər hücumun paytaxt Moqadişudan 350 km cənub-qərbdə yerləşən Afmadou kəndi yaxınlığında həyata keçirildiyini deyirlər. Xatırladaq ki, dünən Amerikanın döyüş təyyarələri Əl-Qaidə üzvlərinin gizləndiyindən şübhələnilən obyektlərə hücum etmişdi. Somalinin müvəqqəti hökumət rəsmilərin bildirdiyinə görə, hücumlar zamanı çoxsayda adam həlak olub.