Bağdad üçün yeni təhlükəsizlik planı

İraqın baş naziri Nuri əl Maliki bu gün Bağdadın yeni təhlükəsizlik planını elan edib.

O, yeni plana əsasən, İraq hərbi qüvvələrinin, təriqətindən asılı olmayaraq, bütün yaraqlıları məhv edəcəyini bildirib.

İraq baş naziri yeni təhlükəsizlik planının ABŞ qüvvələri tərəfindən həyata keçiriləcəyini də deyib.

İraqdakı Amerika qoşunları komandanlığı isə koalisiya qüvvələrinin bugünkü reyd zamanı 4 terrorçunu öldürdüklərini və beşincini həbs etdiklərini bildirib.

Yol kənarı bomba partlyışlarının baş verdiyi rayonlarda keçirilən reyd zamanı yaraqlılar axtarılan əraziyə daxil olub. Onlar koalisiya qüvvələrinə tabe olmaqdan imtina etdikdən sonra atışma başlayıb.

Bu arada Bağdadın polis rəisi maşına qoyulan bomba hücumunda sağ qalıb. Partlayış zamanı bir nəfər ölüb və üç polis də daxil olmaqla, altı nəfər yaralanıb.

İraqın cənubunda isə Bəsrə yaxınlığında girov götürülmüş amerikalı muzdlu işçi ilə bərabər olan iki tərcüməçinin meyitləri aşkar olunub. Şəxsiyəti müəyyən edilməmiş amerikalı girov barədə məlumat yoxdur.