Xəzər kürüsünün ixracına qoyulan qadağa götürüldü

BMT-nin dünya fauna və florasının təhlükə altında olan nümunələrinin ticarətinə nəzarət agentliyi (CITES) Xəzər kürüsünün ixracına qoyulan qadağanı aradan götürərək Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın dünya bazarlarına məhdud miqdarda kürü məhsulunu çıxarmasına icazə verib.

CİTES təşkilatı qadağanı bir il əvvəl tətbiq etmişdi. Buna səbəb olaraq 2006-cı ildə təklif olunmuş kvotaların nərəkimilərin sayının azalması ilə bağlı problemləri əks etdirmədiyi və qeyri-qanuni ovlamaları nəzərə almadığı göstərilmişdi.

2007-ci il üçün nəzərdə tutlan kvotalar 2005-ci ilə nisbətən 15 faiz azdır.