İran rəsmiləri BMT sanksiyalarını pisləyirlər

İran liderləri BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyaları pisləmiş və uran zənginləşdirilməsini sürətləndirəcəklərini bəyan etmişlər. İran prezidenti Mahmud Əhmədinejad sanksiyaları cırılmış kağız parçasına bənzədib. O bildirib ki, Təhlükəsizlik Şurası Birləşmiş Ştatların, Britaniyanın və Sionist rejimin nəzarətindədir və bu qurum öz qərarına görə peşman olacaq.

Rusiyanın və Çinin daxil olduğu Təhlükəszlik Şurası şənbə günü yekdilliklə İranın həssas nüvə materialları və raket sistemi hissələri ilə alış-veriş etməsinə sanksiyalar qoydular. İranın nüvə məsələləri üzrə ali nümayəndəsi Əli Laricani söyləyib ki, sanskiyalar İranın dinc nüvə proqramına təsir göstərməyəcək. O əlavə edib ki, bu gündən başlayaraq Natanz müəssisində 3 000 uran zənginləşdirən sentrifuqaların yerləşdirilməsi başlayacaq.