Robert Qeyts vəzifəsinin icrasına başladı

Ağ Ev rəsmilərinin veridiy məlumata əsasən Robert Geyts bu gün Donald Ramsfeldi əvəzləyərək müdafiə naziri vəzifəsinin icrasına başlayıb. AĞ Evdə keçirilən özəl tədbirdə Geystin anidçmə mərasimi keçirilib.

Prezident Buş İraqdakı situaiysa üçün yeni perspektivə ehtiyac olduğunu bəyan edərək ötən ay Geytsin müdafiə nazrliyinə namizədləyini irəli sürdü. Getys xəbərdarlıq edib ki, İraq yaxın 1-2 il ərazində sabitləşdirilməlidir. Əks təqdirdə situasiya regional konfliktə təkan verə bilər.

Senat dinləmələri zamanı Birləşmiş Ştatların İraqda müharibəni udub-udmaması sualına mənfi cavab verdi. 63 yaşlı müdafiə naziri Mərkəzi Kəşfiyyat Agentliyinin sabiq rəhbəridir. Müdafiə Naziri təyin olunmazdan əvvəl Geyts prezidentə İraqda strategiyanın dəyişdirilməsi haqda tövsiyələr təqdim edən İraq Araşdırma Qrupunun üzvü idi. O, prezident Buşun dönəmində altı il müdafiə naziri olmuş Donald Ramsfeldi əvəzləyir.