İsrail Misirlə Qəzza Zolağı arasındakı sərhəddi bağlayıb

İsrail Misirlə Qəzza Zolağı arasındakı sərhəddi bağlayaraq, Fələstinin baş naziri İsmayıl Haniyənin Misirdən çıxmasının qarşısını alıb. İsrail rəsmiləri bildiriblər ki, onlar Haniyənin Qəzza Zolağına on milyonlarla dollar gətirməsinin qarşısını alıblar. Sərhədin bağlanmasından sonra qəzəblənmiş Həmas yaraqlıları sərhəd terminalına hücum edib. Itkilər barədə məlumat yoxdur.