Sabiq rus casusu Aleksandr Livtvinenkonun zəhərlənməsi işində iki əsas şahid deyir ki, zəhərlənmə güman edildiyinədən bir neçə həftə əvvəl baş verib. Sabiq Rus agenti Andrey Luqovoy Livtinenko ilə Noybarın 1-də Londonda Suşi restoranından görüşdüyünü etiraf edib.
Lakin bu gün Moskva Komsomolçusu qəzetinə müahibə verən Luqovoy özünün və Litvinenkonun Oktyabrın 16-da Londonda yerləşən təhlükəszlik firmasına baş çəkən zaman zəhərləndiklərini bildirib. Luqovoy hazırda radiasiya zəhərlənməsinə görə xəstəxanadadır. İkinci şahid Dmitri Kovtun da Alman televiziyasına Oktyabrın 16-da zəhərləndiyini söyləyib.
Qeyd edək ki, alman prokurorları hazırda Kovtunu həm zərərçəkən, həm də mümkün şübhəli qismində nəzərdən keçirirlər.