Mustafa Əvəzpur: Bizi oxuduğumuz kitablara görə həbs edirlər

Bir neçə gün bundan öncə İran Azərbaycanında milli hüquqlar uğrunda mübarizə hərəkatının fəalı Mustafa Əvəzpura 11 ay həbs cəzası kəsilib. Sentyabrın 21-də həbs olunduqdan sonra oktyabrın 11-də vəsiqə zəmanəti ilə azadlıqda olan Mustafa Əvəzpur məhkəmə hökmündən verdiyi Appelyasiya şikayətinin nəticəsini və həbs qərarının icrasını gözləyir.

Bu ilin aprel ayında da qısamüddətli həbsdə olan Mustafa Əvəzpur ona qarşı irəli sürülən iuttihamların heç birinin İran qanunlarına uyğ\un olmadığını deyir.

Həbsini gözləyən Mustafa Əvəzpur ruhdan düşmür və onun dünyaya mesajı var.

Tam reportajı audio-formatda dinləyin