Kipr Türkiyənin təklifini rədd edib

Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozo Türkiyənin hava və dəniz limanlarını Kiprə açmaq təklifini alqışlayıb. Lakin cənab Barrozo eyni zamanda bildirib ki, Avropa İttifaqının rəsmiləri təklifin aydınlaşdırılmasını gözləyir. Avropa İttifaqının prezidentliyini yerinə yetirən Finlyandiya Türkiyənin üzvlüyünə yol aça biləcək danışıqların baş tutması üçün bir aeroport və bir limanın Kiprə açılmasını təklif etmişdi. Türkiyənin təklifi Kirp tərəfindən rədd edilib. Kiprin xarici işlər naziri Gorc Lilikas bunu Avropa İttifaqının istehzası kimi qiymətləndirib.