Fransa İranın BMT-nin sanksiyaları ilə üzləşəcəyini deyib

" hspace=2 src="/azerbaijani/images/ap_france_iran_Douste_Blazy_6dec06_eng_210.jpg" width=180 align=left vspace=2 border=0>Fransanın Xarici işlər naziri bildirir ki, İran nüvə programı ilə bağlı BMT-nin sanksiyaları ilə üzləşəcək, lakin onları həddi hələ müəyyən edilməyib.

Fransa radiosuna müsahibə verən xarici işlər naziri Filip Duste Blezi deyib ki, dünyanın altı qüdrətli dövləti BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaların tətbiqini himayə etməyə razılıq verib. Fransa rəsmisinin sözlərinə görə, sanksiyaların həddi müəyyən edilməsə də, ənənəvi olaraq Tehrana qarşı BMT sanksiyalarının əleyhinə olan Rusiya və Çin də bu dəfə razılığa gəliblər.

Xarici işlər nazirlərinin qərarı altı dövlətin yüksək səviyyəli diplomatlarının İrana qarşı sanksiyaları Parisdə müzakirə etdikdən bir gün sonraya təsadüf edir. Müzakirələrdə iştirak edən beş dövlət, Fransa, Birləşmiş Ştatlar, Britaniya, Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi, Almaniya isə Təhlükəsizlik Şurasının müvəqqəti üzvüdür.

İran prezidenti Əhmədinejad xəbərdarlıq edib ki, İran Fransa, Almaniya, ya da Britaniyanın onun nüvə programının qarşısını almaq üçün göstərdiyi hər hansı bir cəhdi düşmən aktı kimi qəbul edəcək.