Fici adasında çevriliş etirazlarla qarşılanır

Fici adasında demokratik yolla seçilmiş hökumətin devrilməsi dünya miqyasında etirazlarla qarşılanıb. Böyük britaniyanın baş katibi Don Mkkinnon bu gün müxbirlərə bildirib ki, hərbi çevrilişə cavab olaraq Fici Britaniyanın keçmiş müstəmləkələri təşkilatından çıxarıla bilər. Britaniyanın Xarici İşlər İdarəsinin bəyanatında bildirilir ki, çevriliş Ficidə demokratiyanın boğulması deməkdir. Yeni Zelandiyanın baş naziri Helen Klark da hərbi çevrilişi qınayaraq, o ölkə ilə müdafiə sahəsində əlaqələrin dayandırılacağını deyib.