ABŞ Moskvanı separatçılara dəstəyi dayandırmağa çağırıb

ABŞ dövlət katibinin müavini Nikolas Börns ATƏT-in Brüssel görüşü zamanı Moskvanı Moldova və Gürcüstanın separatçı regionlarına dəstək verməsini dayandığrmağa çağırıb. 56 ölkənin xarici işlər nazirlərinin yığıncağında etdiyi çıxışı zamanı cənab Börns deyib ki, Rusiyanın bu iki keçmiş Sovet respubilkasında separatizmi dəstəkləməsi sabitsizliyi təminat altına alır.

ABŞ-ın çağırışlarını rədd edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Avropada Təhlükəszlik və Əməkdaşlığa dair təşkilat vəziyyətin siyasiləşdirilməsi cəhdlərinə yol verməməlidir. Nazir həmçinin deyib ki, ATƏT diqqətini daha çox terrorizm və narkotik maddə qaçaqmalçılığı ilə mübarizəyə yönəltməlidir.

ATƏT-in Brüssel toplantısında Qazaxıstanın 2009-cu ildə təşkilata sədrlik məsələsi də müzakirə edilib.