Türkiyənin baş naziri Recep Tayyup Ərdoğan planını dəyişərək, sabaq Roma Papası 16-cı Benediktlə görüşəcəyini bildirir. Cənab Ərdoğan əvvəlcə NATO-nun Latviyada keçirilən sammitində iştirak edəcəyinə görə Roma Papası ilə görüşməyəcəyini elan etmişdi. Lakin bu gün baş nazirin sözçüsü bildirib ki, görüş Ankaranın hava limanında, cənab Ərdoğanın Riqaya yola düşməsindən əvvəl təşkil ediləcək. Qeyd edək ki, dünən on minlərlə insanın iştirakı ilə İstambul da daxil edilməklə, Türkiyənin böyük şəhərlərində Roma Papasının səfərinə etiraz olaraq aksiyalar təşkil edilmişdi.