Əfqanıstanda daha çox NATO qüvvəsinə ehtiyac var

NATO-nun Əfqanıstandakı hərbi rəhbərliyi bildirib ki, daha çox resurs cəlb olunmazsa, alyansın Əfqanıstanda iştirakı daha uzun müddət çəkə və daha çox xərc tələb edə bilər.

Birləşmiş Qoşunların baş komandanı Ceyms Cons deyib ki, təkrar tələblərə baxmayaraq, Beynəlxalq Təhlükəsizliyə Yardım qüvvələri tam gücünün 85 faizi səviyyəsində fəaliyyət göstərir.

O Riqada verdiyi bəyanatda 2500 əlavə əsgərə ehtiyac olduğu barədə müraciətlərə məhəl qoyulmadığından şikayətlənib.