ABŞ-la Çin əməkdaşlıq imkanlarını müzakirə ediblər

ABŞ prezidenti Corc Buş və Çin prezidenti Hu Cintao dünyanın Pxenyanın nüvə silahına malik olması ilə barışmayacağı barədə Şimali Koreyaya xəbərdarlıq ediblər.

Cənab Buş ABŞ-Çin əməkdaşlığının Şimali Koreya və İranın nüvə proqramları ilə bağlı münaqişəni yola qoymağa kömək edəcəyini deyib.

Görüşdən sonra cənab Hu Pekin-Vaşinqton əlaqələrinin pozitiv ekspansiya dövrünü yaşadığını bildirib. O, Birləşmiş Ştatlardan Çinə məhsul idxalının sürətlə artaraq, bu ilin ilk 7 ayı ərzində 35 faizə çatdığını qeyd edib