Respublikaçılar demokratların Koqresdə qələbəsindən sonra özlərinə yeni liderlər seçiblər

Respublikaçı qanunvericilər gələn il Konqresin sessiyasında azlığın lideri kimi Kentukki ştatından senator Miç Makkonnelə yekdilliklə dəstəyini bildiriblər. Senator Makkonnel ABŞ-ın İraqdakı əməliyyatlarına güclü dəstək vermiş və demokratların ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılması çağırışlarını rədd etmişdir. Miç Makkonnel təqaüdə çıxmağa hazırlaşan respublikaçı azlığlın lideri senator Bil Fristi əvəz edəcək. Respublikaçılar habelə Missisipi ştatından senator Trent Lottu partiya koordinatoru seçiblər.