Böyük Britaniyanın baş naziri Toni Bleyr ABŞ Konqresinin təsis etdiyi İraq Araşdırma Qrupu ilə video-müzakirə keçirib. Baş nazirin ofisi İraq strategiyasının nəzərdən keçirilməsi ilə məşğul olan bu qrupla hansı məsələlərin müzakirə edildiyi barədə məlumat verməyib. Qrupun həmsədrləri, ABŞ-ın keçmiş dövlət katibi, respublikaçı Ceyms Beyker və keçmiş konqresmen, demokrat Li Hamiltondur. Dünən ABŞ prezidenti Corc Buş Ağ Evdə İraqla bağlı araşdırma qrupunun üzvləri ilə görüş keçirmişdi.