Bu gün Amerika Birləşmiş Ştatlarında Konqres, ştat və yerli seçkilər keçirilir

Bu il Konqresə nəzarət uğrunda gərgin mübarizə seçkiləri daha da əlamətdar edib. Seçki günündən əvvəlki həftələr keçirilən rəy sorğuları amerikalıların demokratlara üstünlük verəcəyini göstərib. Seçkiqabağı kampaniyaların son günləri Nümayəndələr Palatası və Senatda yerlər uğrunda yarışlar olduqca yaxın keçirilib. Respublikaçı namizədlər adından çıxış edən Ənənəvi olaraq respublikaçılara güclü dayaq verilən ştatlarda olan prezident seçiciləri səs vermyə təşviq edib. Xatırladaq ki, Nümayəndələr Platasında demokratların əksəriyyətini 15 yer təmin edəcək. Senatda isə onalrın 6 yerə ehtiyacı var. Rəy sorğuları demokratların qələbə şansını təsdiq edir. Senat və ya Nümayəndələr Palatasında demokratların üstünlüyü prezidentin amerikalırın əksəriyyəti tərəfindən səhv adalndırılan İraq müharibəsi ilə bağlı onları təhqiqat səlahiyyəti ilə təmin edə bilər. Prezident Buşun terrorimlə mübarizənin mərkəz cəbhəsi adlandırdığı İraq müharibəsi seçkiqabağı kampaniyaların əsas mövzusu olub. ABŞ prezidenti bildirir ki, müxalifətin qüvvələrin İraqdan çıxarılması çağırışı demokratların Amerikanın təhlükəsizliyinin təminat altına alınmasına dair heç bir planı olmadığını göstərir. Bu müharibənin Amerikanın təhlükəsizliyini zəiflətdiyini deyən demokratlar arasında İraqla bağlı siyasət və qüvvələrin nə zaman geri qaytarılması məsələləri ilə əlaqədar fikir ayrılığı mövcuddur. ABŞ-ın Ali Məhkəməsinin hökmü və Respublikaçılar partiyasının Senatdakı bəzi üzvlərinin təkidi ilə prezident Buş terrorimzlə mübarizə siyasətində dəyişiklik etməli olmuşdu. İraq müharibəsinin əleyhinə çıxanların sayı İraqda həlak olan Amerika əsgərlərinin sayının 2 700 nəfərdən çox olması, habelə bu müharibəyə indiyədək 330 milyard dollar vəsaitin sərf edilməsi ilə daha da artmışdır. İqtisadiyyat kimi daxili məsələlər adətən seçkiqabağı kampaniyaların əsas mövzusu olsa da, İraq müharibəsi bunu arxa plana çəkib. ABŞ prezidenti iqtisadiyyatın güclü olduğunu, işsizlik səviyyəsinin düşdüyünü desə də, rəy sorğuları amerikalıların hələ də ölkədaxili iqtisadi durumdan narahatlığını göstərir. USA Today-in keçirdiyi sorgu prezidentin iqtisadi inkişaflardan danışmasına baxmayaraq, respondentlərin 55 faizinin iqtisadiyyatı ya zəif, ya da orta, 54 faizinin isə iqtisadi durumun getdikcə pisləşdiyini hesab etdiyinə nümunədir.