Rəy sorğuları Demokratların irəlidə getdiyini göstərir

Birləşmiş Ştatlarda Konqres seçkilərinə 2 gün qalmış rəy sorğuları göstərir ki, müxalifətdə olan Demokratlar 435 üzvlük Nümayəndlər Palatasına nəzarəti ələ ala bilərlər. Lakin onların Senatı udacağı aydın deyil.

Prezident Buş Respublikaçı namizdələrə dəstək vemrək məqsədilə bu gün Nebraska və Kanzas ştatlarında kampaniyalar aparır. Bəzi təhlilçilər İraqdakı müharibə ilə əlaqədar ictimai narazılığı əsas götürərək Respublikaçıların çərşənbə axşamı böyük hesabla uduzacağını proqnozlaşdırırlar. Son rəy sorğuları göstərir ki, seçiciləri narahat edən başlıca məsələ İraqdakı müharibədir. Sonrakı yerlərdə isə iqtisadiyyat, iş yerləri, qeyri-qanuni mühacirət və terrorizmdir.

Cənab Buş dünən bildirb ki, o, terrora qarşı müharibədə mərkəzi cəbhə olan İraqı tərk etməyəcək. Prezident həmçinin Demokratları İraqla bağlı plansızlıqda günahlandırıb. Demokratlar bildirir ki, onlar Konqresə nəzarəti ələ keçirsələr İraqda strategiya dəyişəcək.