Birləşmiş Ştatlarda seçkilərə bir neçə gün qalmış namizədlər aqressiv kampaniya aparmaqdadırlar. Amerikalılar hər gün rəy sorğuları ilə, debatlarala və siyasi reklamlarla bombardman edilirlər. Nitqlər, əl sıxmalar, və təsdiqləmələr kimi müsbət və mənfi telefiziya reklamları seçkilərin bir hissəsidir.
Müxtəlif seçki elementlərinə bu yaxınlarda elektron səsvermə maşınları da əlavə edilib. Bu seçkilərdə seçicilərin üçdə biri həmin maşınlardan istifadə edəcək.
2000-ci ildə Florida prezident seçkilərində kağız bülletlenlərlə əlaqədar baş verən qalmaqal elektron səsvermə maşınlarına keçidin əsasını qoydu. Elektron səsvermənin qayəsi prosesi asanlaşdırmaqla, sürətləndirməklə bu problemləri aradan qaldırmağa və seçkiləri demokratikləşdirməyə xidmət etməkdir. Lakin bəzi ekspertlər narahatdırlar ki, bu növ maşınlara müdaxilə etməklə seçkilərin nəticlərini saxtalaşdırmaq olar.
Bəzi ştatlarda kağız sənədləşdirmə tələb olunmur ki, bu da səslərin yenidən sayılmasını çətinləşdirir və ya mümkünsüz edir. Başqa problemlər isə kompüterlərin qəfildən donması, yaddaş kartında yaranan nasazlıqlarla əlaqələndirilir.
Elektron səsvermə maşınları istehsal edən Daybol İnternational şirkətinin nümayəndəsi Mark Radke bildirir ki, bütün bu problemlər aradan qaldırılıb. Lakin Cyber Security şirkətinin məsləhətçisi Stefen Sponamorun dediyinə görə, dünyada elə bir eletkron sistem yoxdur ki, hakerlər onu dağıda bilməsinlər.