Iran və Suriya İraqda sabitlik istədiklərini bəyan edirlər

İranın xarici işlər naziri Mənuçehr Mötəkki deyir ki, İran və Suriya İraqda koalisiya qüvvələrinin mövcudiyyətinə son qoyulması və ölkədə sabitliyin bərqərar olunmasına zərururətin olduğu haqda razılığa gəliblər. Mötəkki bu sözləri dünən Suriya Prezidenti Bəşər Əl Əsədlə görüşdən sonra dilə gətirib. Görüşdə Mötəkki cənab Əsədə İran prezidenti Mahmud Əhmədinejadın İraqda, Fələstin ərazilərində və Livanda vəziyyətə dair yazdığı məktubu təqdim edib. Mötəkki söyləyib ki, Tehran və Dəməşq İraq hökumətini dəstəkləməyə razılıq vermiş və İraq xalqının öz müqəddəratını həll etməsinə imkan verilməsinin vacibliyini vurğulamışlar. Qeyd edək ki, ABŞ hər iki ölkəni İraqın daxili işlərinə qarışmaqda və orda qeyri-stablillik yaratmaqda ittiham edir.