Noyabrın 7-i Konqres seçkilərindən əvvəl respublikaçı və demokratların həftəlik radio müraciətləri səslənir. Çıxışlar zamanı partiyalar seçki platformalarının əsas məqamlarına yer verirlər. ABŞ prezidenti Corc Buş vergi ixtisarının Amerika iqtisadi artımına yol açdığını önə çəkərək, demokratların Konqresin nəzarətini ələ aldığı təqdirdə vergiləri artıracağını deyib. Virciniya ştatından Senatda yer uğrunda mübarizə aparan demokrat Cim Veb deyib ki, prezidentin İraqla bağlı qərarları terrorizmlə mübarizəyə ziyan vurur. O, demokrat Konqresin prezidentdən İraqda irərliyə doğru həqiqi yol seçməsini tələb edəcəyini deyib.