Əfqanıstanın ABŞ-dakı səfiri Səid Tayeb Cavad Almaniyanı qüvvələrinin Əfqanıstanda insan kəllələri ilə çəkdirdikləri şəkillərlə bağlı istintaq aparmağa çağırıb. Nyu-Yorkda danışan səfir deyib ki, istintaq qüvvələrin mənsub olduğu təsisat və xidmət etdiyi ölkə tərəfindən həyata keçirilməlidir. Almaniya rəsmiləri isə artıq şəkillərlə əlaqəsi olan hər bir əsgərin məsuliyyətə cəlb ediləcəyini deyiblər. Almaniyanın müdafiə naziri Cosef Yang bildirib ki, alman əsgərlərinin belə davranışı qəbuledilməzdir. Almaniya kansleri Ancela Merkel də məsələyə mənfi münasibətini bildirib. Xatırladaq ki, Almaniya qəzetində dərc edilən şəkillər insan kəllələrilə nalayiq formada uniforma geymiş kişiləri təsvir edir. Qəzet şəkilləri haradan əldə etdiyi barədə məlumat verməyib.