K.Rays:"ABŞ Çinin tək siyasətini dəstəkləyir"

ABŞ dövlət katibi Kondolizza Rays deyib ki, Amerikanın Çində “bir siyasət”ə dəstək verməsi Tayvanın özünümüdafiə hüququnun dəstəklənməsi deməkdir. “Amerika Birləşmiş Ştatlarının Tayvanla bağlı siyasəti Tayvanla əlaqələr aktına tamamilə uyğun şəkildə həyata keçirilir”-deyə Kondolizza Rays bildirib. O deyib ki, sənədə əsasən Çin bölünə bilməz və biz tərəflərin status quonu təktərəfli şəkildə pozacağını gözləmirik. Xanım Rays bu çıxışını Heritage Fondunda təşkil edilən görüş zamanı edib. Xatırladaq ki, 1949-cu ilin vətəndaş müharibəsindən sonra Tayvan müstəqilliyini elan etsə də, Çin Tayvanı öz ərazisinin tərkib hissəsi hesab edir. Çin Tayvanın de fakto müstəqilliyini rəsmiləşdirdiyi təqdirdə, Tayvana hücum edəcəyini bildirib.