Kondoliza Raysın Uzaq Şərq missiyası davam edir

Birləşmiş Ştatlar və Cənubi Koreya, BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyaları nəzərdə tutan qətnaməsinin tədbiq olunmasını müzakirə edirlər. Hər iki ölkənin rəhbər diplomatı, Şimali Koreyanı nüvə proqramlarını dayandırmayacağı təqdirdə ciddi nəticələrlə üzləcəyi barədə xəbərdarlıq etmişlər.

Cənubi Koreyaya səfər edən ABŞ dövlət katibi Kondoliza Rays Cənubi Koreyalı həmkarı Ban Ki Munla görüşündə Vaşınqtonun Seul qarşısındakı hərbi öhdəliklərinə sadıq qaldığı barədə zəmanət verib. Buna cavab olaraq Cənubi Koreaynın xarici işlər naziri Ban Ki-Mun deyib ki, dövlət katibini reqiona səfəri Seul ilə Vaşinqtonun “möhkəm birliyinin” nümunəsidir. O deyib ki, Şimali Koreya və beynəlxalq içtimayyətə siyasi mesaj göndəriləcək.

Qeyd edək ki, 1950-53-cü illər Koreya müharibəsinin başa çatmasından sonra Cənubi Koreyada yerləşdirilən ABŞ qüvvələrinin sayı 29500 nəfərdir. ABŞ dövlət katibi Kondolizza Rays Seula Tokiodan, Yaponiyaya eyni məzmunlu zəmanətlər verəndən sonra gəlmişdir. Səfər çərçivəsində o, Cənubi Koreya prezidenti Ro Mu-hun ilə qörüşmüşdür.