BMT-nin Şimali Koreyaya qarşı qərarına Yaponiya və Cənubi Koreya da qoşuldu

Şimali Koreyanın nüvə sınaqlarından əl çəkməsinə dair beynəlxalq ictimaiyyətin yekdilliklə dəstəklədiyi BMT qərarına Yaponiya və Cənubi Koreya da qoşulmuşlar. Lakin bu iki ölkə indidən qərarın icrasında fərqli kurs seçəcəklərini nümayiş etdirirlər.

BMT Təhlükəsizlik Şurasına daxil olan 15 üzvün qəbul etdiyi qərardan bir neçə saat sonra Yaponiya və Cənubi Koreya onun icrası ilə bağlı hansı addımları atıb-atmayacaqlarını aydınlaşdırmağa başladılar. Yaponiyanın baş naziri Şinzo Abe bu qərarı yüksək qiymətləndirdiyini bildirmiş və demiıdir ki, BMT-nin qəbul etdiyi bu qərar, Şimala hansı məqsədlə olursa-olsun nüvə silahının inkişafını davam etdirə bilməməsinə aydın bir mesajdır. O, Yaponiyanın razılıq əldə edilməsi üçün hansı addımları atacağı barədə düşündüyünü deyib.

Qeyd edək ki, dünən qəbul edilən qərarda Şimali Koreyadan ballistik raketlərin sınağından tutmuş, bütün nüvə silahları və nüvə proqramından əl çəkməsi tələb olunur. Qərarda eləcə də, Şimali Koreyaya əsas hərbi sursatların idxalına və ixracına qadağa qoyulur və BMT nümayəndələrindən Şimali Koreyaya daxil olan və oradan çıxan gəmilərdəki yükün yoxlanılması tələb olunur. Eləcə də, bu sanskiya Şimali Koreyanın lideri Kİm Jong Linin elitar ətrafına istiqamətlənən lüks materialların axınını dayandırmaqla Pxenyanı cəzalandırmağa yönəlib.

Xatırladaq ki, hələ bu qərar qəbul edilməzdən əvvəl Yaponiya artıq Şimali Koreya ilə həm ticarət əlaqələrini kəsmiş, həm də gəmi yollarını bağlamışdı. Yaponiyanın xarici işlər naziri Taqo Aso bu gün bildirib ki, Yaponiya Birləşmiş Ştatlara Şimali Koreyanın yük gəmilərinin yoxlanılmasında kömək edə bilər.

Cənubi Koreya da bu qərara öz münasibətini bildirmişdir. Prezident Roh Mu Hyunun Uri Partiyasının başçısı Kim Qeun Tay Cənubi Koreyanın Şimalın gəmilərinin yoxlanılmasında birbaşa iştirak etməyəcəyini deyib. O, bunun Cənubla Şimal arasında münaqişə yarada biləcəyini deyib. Qeyd edək ki, Çin də öz növbəsində Şimali Koreyanın yük gəmilərinin yoxlanılmasında iştirak etməyəcəyini bildirib.