İsrail hərbiçiləri Qəzza Zolağında yenidən reyd keçirib

Fələstin rəsmilərinin bildirdiyinə görə, bu gün səhər İsrailin Qəzza Zolağında həyata keçirdiyi reyd zamanı bir yeniyetmə də daxil olmaqla, 6 fələstinli öldürülüb. Fələstinin təhlükəsizlik rəsmiləri xəbər verirlər ki, Hamas yaraqlılarını hədəf almaq məqsədi ilə İsrail hərbçiləri vertolyotdan istifadə edərək, Xan Yunis yaxınlığındakı kəndə hücum ediblər. Nəticədə azı üç nəfər Hamas yaraqlısı, bir nəfər mülki vətəndaş və onun yeniyetmə oğlu həlak olub.

İsrail sözçüsü Miri Eysen isə Həmasın girov götürdüyü bir İsrail əsgərini yüzlərlə fələstinli dustağa dəyişdirilməsi tələbinin rədd edildiyini bildirib.