Qəzzada Həmasa dəstək məqsədi ilə yürüş keçirilib

Bu gün Qəzza şəhərində Fələstinin baş naziri İsmayıl Haniyenin tərəfdarları Həmasın başçılıq etdiyi hökumətə dəstək məqsədi ilə yürüş təşkil edib. Minlərlə nümayişçi qarşısında çıxış edən baş nazir deyib ki, Həmas hakimiyyətdən kənar edilməyəcək və İsraili heç vaxt tanımayacaq. İsmayıl Haniyenin dedikləri Fətah partiyası ilə aparılan qızğın döyüşlərdən sonraya təsadüf edir. Bu həftənin əvvəlində prezident Mahmud Abbas Fələstin hökumətini buraxacağına işarə etmişdi. Prezident bunu milli birlik koalissiyanın yaradılması cəhdinin baş tutmaması ilə izah edib.