Azərbaycanlı ruhani İran rejiminin siyasətini "İslamazidd" adlandırır

İranda azərbaycanlıların milli hüquqlar uğrunda mübarizəsi bu ölkədə yaşayan azərbaycanlı ruhanilərin də dəstəyini qazanıb.

Höccətülislam Əbdüləzim Qədimi-Əzim son üç ildə İran hakimiyyətinin diskriminasiya siyasətinə qarşı kəskin çıxışlar edən nadir ruhanilərdən biridir. Müxalifliyi ona üç il ərzində 5 həbs ilə nəticələnib. Onlardan ən uzun müddətlisi – məhkəmə hökmü əsasında çəkdiyi 8 aylıq həbs cəzasından sonra amnistiya qanunu əsasında bir ay bundan əvvəl zindandan azad olunan Höccətülislam Qum şəhərinə sürgünə göndərilib.

Ona qarşı ittihamların əsas səbəbinin İran rejiminin diskriminasiya siyasətinə baş əyməməsi olduğunu deyən ruhani rəsmi ittihamların sistemə qarşı çıxmaq və ixtilaf yaratmaq olduğunu qeyd edib.

Qədimi-Əzimin hazırkı durumunda müxalif nitqlər yeni həbslə nəticələnə bilər, amma onun susmaq niyyəti yoxdur.

Höccətülislam din adamlarına qarşı çıxmasının İranda da təəccüblə qarşılandığını deyir, lakin İran hökumətinin siyasətinin İslama zidd olduğunu irəli sürərək, öz mübarizəsinin dini baxışları ilə təzad yaratmadığı qənaətindədir.

Qədimi-Əzim Tehranın nüvə proqramı ilə bağlı dünyada yaranmış böhranın İran hökumətinin diskriminasiya siyasətindən diqqəti yayındırdığını düşünür.

O, beynəlxalq ictimaiyyətə nüvə enerjisi və insane hüquqları məsələsi ilə bağlı doğru seçim etməyi təklif edir.

Höccətülislam Qədimi-Əzimlə müsahibəni audio-formatda dinləyin