Şimali Koreyanın xarici işlər nazirinin bildirdiyinə görə, ABŞ-ın düşmən siyasəti qarşısında olan Şimali Koreya özünümüdafə məqsədi ilə nüvə sınaqlarını bərpa edəcək. Açıqlama ABŞ-ın BMT-dəki səfiri Con Boltonun bəyanatına cavab olaraq verilib. Qeyd edək ki, Con Bolton Şimali Koreyanın nüvə məsələsinin BMT-nin Təhlükəsizlik Şurasında qaldırılacağını bildirib. O deyib ki, Şimali Koreya ilə bağlı bəyanatlardan əlavə ciddi ölçülərə də əl atılmalıdır. Cənubi Koreya bu bəyanatdan sonra təhlükəsizlik tədbirlərini gücləndirdiyini elan edib.