Avropa Birliyi Parlamenti Türkiyəyə bir daha xəbərdarlıq edib ki, dəniz və hava limanlarını Yunan Kiprinə açmadığı təqdirdə bu Türkiyə ilə üzvlük danışıqlarının dayanmasıyla nəticələnə bilər. Avropa Birliyinin qanunvericiləri bu gün qəbul etdikləri icrası məcbur olmayan hesabatda Ankara hökumətinin, İyun ayında keçirilən ilkin üzvlük danışıqlarından bəri söz azadlığı və milli azlıqların hüquqları sahəsində kifayət gədər tərəqqi göstərmədiyini bildirib. Türkiyə baş naziri Rəcəb Təyyüb Ərdoğan isə İyul ayında Avropa Birliyini Türkiyənin üzvlüyünün qarşısını almaq üçün Kipr münaqişəsindən istifadə etməkdə təqsirləndirmişdi . Cənab Ərdoğan deyib ki, Şimalı Kipr Türk Respublikasına qarşı tətbiq olunan beynəlxalq embarqo ləqv edilmədiyi müddətdə Türkiyə Yunan Kiprinə qarşı güzəştlərə getməyəcək. Avropanın Qanunvericiləri isə bu günkü səsvermədə bir güzəşt olaraq Türkiyəni 1915-ci ildə Ermənilərin Osmanlı İmperiyası tərəfindən kütləvi qətlini genosid olaraq tanımağa məcbur edəcək müddəanı sənəddən çıxardıblar.